XƏBƏR, SİYASƏT
12-03-2020, 23:23

Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı

Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Qərbinfo.az-a bildirilib.

Qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.






Son Xəbər