XƏBƏR, SOSİAL
12-03-2020, 22:47

Daha 21 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq

Daha 21 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq

Aprel ayının 1-dən respublikanın 21 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulacaq.

Qərbinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın və Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar.

Həmçinin aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.






Son Xəbər