XƏBƏR, SİYASƏT
12-03-2020, 21:26

“Azərbaycan parlamenti ilə işləməyi səbrsizliklə gözləyirik”

“Azərbaycan parlamenti ilə işləməyi səbrsizliklə gözləyirik”

ABŞ Azərbaycanın yeni tərkibdə Milli Məclisi ilə işləməyi həvəslə, səbrsizliklə gözləyir.

Qərbinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib. Diplomat deyib ki, yeni parlamentin fəal işləməsini gözləyir.

“Ümid edirəm ki, onlar Azərbaycanda iqtisadi, sosial və digər sahələrin inkişaf etdirilməsi üçün öz fəaliyyətlərini genişləndirəcəklər və bu işləri təşviq edəcəklər”, - deyə ABŞ səfiri əlavə edib.






Son Xəbər