XƏBƏR, DÜNYA
12-03-2020, 16:25

Elmira Axundova səfir təyin olundu

Elmira Axundova səfir təyin olundu

Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Qərbinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elmira Axundova Milli Məclisin sabiq deputatıdır.






Son Xəbər