XƏBƏR, SOSİAL
12-03-2020, 13:19

Şəmkirdə daha bir könüllü işlə təmin olundu

Şəmkirdə daha bir könüllü işlə təmin olundu

Şəmkir rayon Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi Əliyev Cavadxan Elfaq oğluna həvalə olunub.

Qərbinfo.az bildirir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyev Cavadxan Elfaq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.

C.Əliyev 09 noyabr 1993-ci il tarixində Şəmkir şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Daha öncə Şəmkir Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərib.






Son Xəbər