XƏBƏR, İQTİSADİYYAT
12-03-2020, 10:26

Şəmkirdə 52 ailəyə istixana qurmaq üçün materiallar verildi - Ailələr Prezidentə minnətdarlıq hisslərini ifadə ediblər

Şəmkirdə 52 ailəyə istixana qurmaq üçün materiallar verildi

Şəmkir rayonunda 2020-ci il üzrə özünüməşğulluq proqramı iştirakçılarına istixanaların qurulması üçün materialların verilməsinə başlanılıb.

2020-ci il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş, növbəsi çatmış işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq istixanaların qurulması üçün materialların verilməsinə başlanılıb.

Qərbinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Şəmkir rayonunda 52 ailəyə istixanaların qurulması üçün material verilib. İstixanaların qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Yaxın zamanlarda istixanalar qurulub vətəndaşlara təhvil veriləcəkdir.

Proqram iştirakçıları öz biznes sahərini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Anar Quluyev, Qərbinfo.az

Son Xəbər