XƏBƏR, SİYASƏT
11-03-2020, 22:27

Vaterlo şəhərinin meri Azərbaycan diasporunun məktubuna cavab verib

Vaterlo şəhərinin meri Azərbaycan diasporunun məktubuna cavab verib

Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Qərbinfo.az-ın məlumatına görə mer məktubda qeyd edib ki, vəziyyət nəzarət altındadır, polis orqanları təhqiqata başlayıblar. Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır.

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.






Son Xəbər