XƏBƏR, MARAQLI
11-03-2020, 20:58

Koronavirus bu şəxslərə daha tez təsir edir

Koronavirus bu şəxslərə daha tez təsir edir

Dünyada və Azərbaycanda gündəmi məşğul edən yeni növ koronavirusla bağlı daha bir statistik göstərici müzakirəyə qoyuldu.

Qərbinfo.az xəbər verir ki, Türkiyənin Baxçaşəhər Universitetinin Tibb Fakültəsinin Xalq Sağlamlığı elm sahəsinin rəhbəri doktor Məlikə Yavuz xəstəliyin siqaret çəkənlərdə daha ağır dərəcədə özünü biruzə verdiyini açıqlayıb.

O bildirib ki, siqaret çəkməyin təhlükəsiz bir səviyyəsi yoxdur. Eyni zamanda əlavə edib ki, peyvəndi tapılmayan və dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus xroniki xəstəlikləri olan insanlara daha tez və daha çox təsir edir.

Çində epidemiya zamanı aparılan elmi araşdırmalar, virusun bir anda mutasiyaya uğradığını və insandan insana yayılacaq bir zəncir olduğunu təsdiqləyib. Heyvanlardakı koronavirusun nadir hallarda insanlara yoluxduğunu deyən professor risk qruplarından tutmuş səhv bilinən məlumatlara qədər bir çox məsələdə xəbərdarlıq etdi.

O vurğulayıb ki, koronavirus tənəffüs yollarına təsir edən bir xəstəlikdir və ağır hallarda tənəffüs çatışmazlığı, həmçinin ağciyər çatışmazlığı ilə özünü göstərir: "Məlum olduğu kimi, siqaret ən çox ağciyərlərimizə təsir edir. Siqaret çəkənin istifadə etdiyi miqdar və çəkdiyi müddətə görə ağciyərlər müxtəlif şəkildə zədə alır. Bu da siqaret çəkənlərdə xəstəliyin daha çox inkişaf etməsinin əsas səbəbidir".

Professor əlavə edib ki, maskalar insanlar tərəfindən şüursuz şəkildə istifadə olunur. Maskanı geyinmədən əvvəl əllər yaxşıca yuyulmalıdır: "Halbuki bu maskalar gün boyu təkrar-təkrar istifadə edilir, tez-tez düzəltmək, üzə sabitləmək üçün, təmiz hava almaq üçün əlimizlə maskaya müdaxilə edirik. Məlikə Yavuz qeyd edib ki, maskanı istifadə etməzdən əvvəl və sonra əlimizi yumalıyıq".






Son Xəbər