XƏBƏR, SOSİAL
10-03-2020, 18:29

Belçikada Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb

Belçikada Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb

Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb.

Qərbinfo.az xəbər verir ki, naməlum şəxslər heykəlin üzərində Natəvanın adının yazıldığı lövhəni dağıdıb, sonra abidəyə ağ rəngdə maddə töküblər.

Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.

Qeyd edək ki, abidə 2016-ci ildə fevralın 18-də ucaldılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.






Son Xəbər