XƏBƏR, HADİSƏ
9-03-2020, 14:27

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb - FOTO

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb - FOTO

Şəmkir rayonunda internet klubdan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.






Son Xəbər