XƏBƏR, DÜNYA
9-03-2020, 19:30

Gürcüstan hökuməti xarici ölkələrə edilən səyahəti məhdudlaşdırıb

Gürcüstan hökuməti xarici ölkələrə edilən səyahəti məhdudlaşdırıb

Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası koronovirusla mübarizə ilə əlaqədar daha bir qərar qəbul edib.

Qərbinfo.az xəbər verir ki, qərara əsasən, Gürcüstandan xarici ölkələrə biznes və təhsillə bağlı edilən səyahətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qurumun Baş Nazir Giorgi Qaxarianın sədrliyi ilə bu gün keçirilən iclasında ölkədə koronavirusla bağlı vəziyyət müzakirə olunub.

Bildirilib ki, hazırda virusun təsdiqləndiyi 15 xəstənin sağlamlıq durumu qənaətbəxşdir və onlar müvafiq müalicə alırlar.

Karantində 141 nəfər hələdə də nəzarət altındadır, daha 51 nəfər isə stasionar müalicə alır.






Son Xəbər