XƏBƏR, SOSİAL
7-03-2020, 15:52

“Dünya iqtisadiyyatına böhran dalğası yaxınlaşmaqdadır”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, dünya iqtisadiyyatındakı problemləri və koronavirusun yayılmasını ayrı proses kimi dəyərləndirmək doğru olmaz.

Qərbinfo.az xəbər verir.

Yeni növ koronavirusun yayılması iqtisadi perspektivlərə və maliyyə bazarlarının fəaliyyətinə risklər yaradır. Bu barədə Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, koronavirusun dünya iqtisadiyyatına təsirləri yaxınlaşan böhran kontekstində təhlil edilməlidir:
“Dünya iqtisadiyyatındakı problemləri və koronavirusun yayılmasını ayrı proses kimi dəyərləndirmək doğru olmaz. Dünya iqtisadiyyatına böhran dalğası yaxınlaşmaqdadır və hətta deyərdim ki, 2008-ci ildəki böhranın nəticələri tam olaraq aradan qaldırılmayıb. Böhranın fundamental problemləri xüsusi ABŞ iqtisadiyyatı ilə əlaqəlidir. Yaxın illər dünya iqtisadiyyatı üçün mürəkkəb dövr olacaq”.






Son Xəbər