XƏBƏR, MARAQLI
4-03-2020, 16:56

Minimum əməkhaqqı 50 manat artırıla bilər

Minimum əməkhaqqı 50 manat artırıla bilər

2020-ci ilin ikinci yarısında minimum əməkhaqqının 50 manat artırılması dövlət üçün hədəf ola bilər.

Bunu Qərbinfo.az -a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması gündəmdədir və bunun üçün maliyyə imkanları mövcuddur.

“Ölkə başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Azərbaycanda 2025-ci ilə qədər minimum əməkhaqqı daxil olmaqla digər əməkhaqqı növlərinin artırılması nəzərdə tutulur. Məqsəd növbəti məhələdə minimum əməkhaqqı səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir. 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin payında artım var. Sosial xərclərin payının 38,5 faizə qədər artması əməkhaqqı artımları üçün zəmin yaradıb. Belə ki,
2020-ci ilin dövlət büdcəsində birbaşa əməkhaqqı xərcləri 6,7 milyard manat, pensiya və təqaüdlərin verilməsi üçün isə 3,2 milyard manat vəsait ayrılacaq.

Bütövlükdə büdcə xərclərinin 10 milyarda yaxını birbaşa əməkhaqqı, pensiya, sosial ayırmalar üçündür. Bu il nələrin artıla biləcəyi ilə bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə qərar verəcək”.






Son Xəbər