XƏBƏR, MANŞET-SLAYDER
4-03-2020, 12:55

Prezident İlham Əliyev: Şəmkirdə 190 çarpayılıq, gözəl Mərkəzi Rayon Xəstəxanası açılıb

Prezident İlham Əliyev: Şəmkirdə 190 çarpayılıq, gözəl Mərkəzi Rayon Xəstəxanası açılıb

Bu yaxınlarda Mərkəzi Rayon Xəstəxanası açılmışdır. Çox gözəl, yeni binadır. Bütün lazımi avadanlıqla təchiz edilib, 190 çarpayılıq gözəl tibb müəssisəsidir. Digər sosial obyektlər inşa edilir, 37 məktəb tikilib və təmir edilib. Yəni, biz buna kompleks şəklində yanaşırıq.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 3-də Şəmkir rayonunda səfəri çərçivəsində “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində səsləndirib.

Dövlət başçısı çıxışı zamanı qeyd edib: "İş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Böyük aqroparklar salınıbdır. Minlərlə hektar torpağı əhatə edən bu aqroparklar Şəmkir rayonunun kənd təsərrüfatı və ixrac potensialını böyük dərəcədə gücləndirir. Təsadüfi deyil ki, Şəmkir rayonundan xarici ölkələrə ixrac 10 milyonlarla dollar həcmindədir və bu, daha da artacaq. Potensial böyükdür, torpaq münbitdir, su var, insanlar zəhmətkeşdir, infrastruktur təmin edilir. İlyarımdan sonra Gürcüstan sərhədinə qədər dördzolaqlı yol çəkiləcək. Bundan sonra həm rayon, həm də ölkəmiz ancaq inkişaf yolu ilə gedəcək. Bu cür maliyyə tutumlu sosial layihələrə çox böyük vəsait tələb olunur. Əlbəttə ki, aşağı səviyyədə olan su tarifləri ilə biz bu vəsaiti heç vaxt dövlətə qaytara bilməyəcəyik. Qarşıya belə məqsəd də qoyulmayıb. Məqsəd insanları təmiz su ilə təmin etməkdir ki, onlar sağlam olsunlar. Kənd təsərrüfatını da meliorativ tədbirlərlə dəstəkləməkdir. Biz bu məqsədə də çatırıq. Əminəm ki, həm rayon, həm ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. “Azərsu” əməkdaşlarına isə gördükləri işlərə görə təşəkkürümü bildirirəm və yeni uğurlar arzulayıram."

Tural əliyev






Son Xəbər