XƏBƏR, MANŞET-SLAYDER
4-03-2020, 11:56

Prezident İlham Əliyev: Şəmkir rayonunun infrastruktur layihələri uğurla icra edilir

Prezident İlham Əliyev: Şəmkir rayonunun infrastruktur layihələri uğurla icra edilir

Şəmkir rayonunun inkişafı ilə bağlı müvafiq addımlar atılır. Mənim tərəfimdən bir çox göstərişlər verilmiş, sərəncamlar imzalanmışdır. Şəmkir rayonunun infrastruktur layihələri uğurla icra edilir, qazlaşdırma 98 faizdir.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Prezident ilham əliyev martın 3-də Şəmkir rayonunda səfərdə olarkən deyib.

Dövlət başçısı səfəri zamanı rayonun iqtisadi və sosial həyatı barədə də fikirlər səsləndirib. O qeyd edib ki, rayonun içməli su məsələsi həll olunub. Yolların çəkilişi davam etdirilir. Bu gün mənə məruzə edilən yeni layihələr həyata keçiriləndən sonra əsaslı təmirli keyfiyyətli yolların faiz dərəcəsi təqribən 80-ə çatacaq. Bu gün hələ ki, 40 faiz səviyyəsindədir. Ona görə hələ bir çox layihələr icra edilməlidir.

Tural Əliyev






Son Xəbər