XƏBƏR, MARAQLI
3-03-2020, 16:56

Şəmkirin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edilib

Şəmkirin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəmkir şəhərinin orta əsr tarixi ilə bağlı yeni məlumatlar əldə edib.

İstitutdan Qərbinfo.az-a verilən məlumata görə, Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan tapıntılar Şəmkir dulusçuluğunun Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğunu təsdiqləyib.

Tədqiqatlar zamanı Şəmkir şəhərinin sakinlərinin məişətində istifadə olunmuş , arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş su qabları - səhənglər, şəhrənglər, bardaqlar, matralar və digərləri araşdırılıb, Erkən İslam və Səlcuq dövrü səhənglərin, bardaqların səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilib:

"Şəmkir ərazisindən tapılmış və arxeologiyada “sferokonus qablar” kimi adlandırılan keramika məmulatı xüsusi olaraq diqqəti çəkməkdədir. Bu qab tiplərinin təyinatı barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur. Orta əsr və İslam dövrü arxeoloqları, tarixçiləri sferokonusların civə və bu qəbildən olan maddələrin, müxtəlif şirniyyat və içkilərin saxlanılması və daşınmasında, əl-kimya, əczaçılıq laboratoriyalarında tətbiqi, yandırıcı mərmi və qumbara olması, dini ritual, işıqlandırma vasitəsi və s. kimi istifadə edilməsi haqqında müxtəlif mülahizələr irəli sürmişlər. Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika məmulatlarının zənginliyi orta əsr Şəmkir şəhərinin nəinki Azərbaycan və Cənubi Qafqazda, həmçinin dövrünün İslam dünyasında yüksək inkişaf etmiş mədəni mərkəzlərindən biri oldugunu göstərir".






Son Xəbər