XƏBƏR, HADİSƏ
2-03-2020, 08:58

Mingəçevirdə əl qumbarası aşkarlanıb

Mingəçevirdə əl qumbarası aşkarlanıb

2020-ci il martın 1-də saat 13:04-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Mingəçevir şəhəri, D.Əliyeva küçəsi ev 16 ünvanında qumbaranın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Qərbinfo.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mingəçevirdə əl qumbarası aşkarlanıb
Mingəçevirdə əl qumbarası aşkarlanıb
Mingəçevirdə əl qumbarası aşkarlanıb






Son Xəbər