XƏBƏR, İDMAN
2-03-2020, 08:33

Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar

Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar

Fevralın 29-dan martın 1-dək Varşavada cüdoçular arasında keçirilən açıq Avropa turnirində Azərbaycan komandası iki gümüş, bir bürünc medal qazanıb.

Qərbinfo.az xəbər verir ki, cüdoçularımızdan Rüfət İsmayılov (90 kiloqram) və Şahin Qəhrəmanov (+100 kiloqram) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Komandamızın digər üzvü Yaşar Nəcəfov (60 kiloqram) isə bürünc medal qazanıb. Qitə yarışında ölkəmizi 18 cüdoçu təmsil edib. Yarışda 40 ölkədən 400-dən çox cüdoçu mübarizə aparıb.






Son Xəbər