XƏBƏR, SOSİAL
28-02-2020, 17:25

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə koronavirusla bağlı qərargah yaradıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə koronavirusla bağlı qərargah yaradıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başlayıb.

QSC-dən Qərbinfo.az-a verilən məlumata görə, ASCO-ya məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronovirusla bağlı (050) 274 30 82 nömrəli “qaynar xətt" fəaliyyətə başlayıb.

“Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.






Son Xəbər