XƏBƏR, MƏDƏNİYYƏT
25-02-2020, 15:37

Diqqət! "Şəmkir Folklor Festivalı"na qeydiyyat başlayıb - ELAN

Diqqət! "Şəmkir Folklor Festivalı"na qeydiyyat başlayıb - ELAN

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin təşəbbüsü, Şəmkir Regional Mədəniyyət İdarəsinin, Şəmkir rayon Təhsil Şöbəsinin və "Böyük Yol" Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Şəmkir Folklor Festivalı"na qeydiyyat başlayıb.

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyindən Qərbinfo.az-a verilən məlumata görə festivalda iştirak etmək üçün qeydiyyat 25 fevral 2020-ci il tarixindən başlayıb, 25 mart 2020-ci il tarixində bitəcək.

Qeyd edək ki, festivalda, yalnız orta məktəb şagirdləri işirak edə bilərlər.

Üç mərhələdən ibarət olan festivalın sonunda qaliblər sertifakat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Sualı olanlar Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin "Facebook.com" səhəfəsinə müraciət edə bilərlər.

Diqqət! "Şəmkir Folklor Festivalı"na qeydiyyat başlayıb - ELAN






Son Xəbər