XƏBƏR, HƏRBİ
25-02-2020, 14:23

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb

2-23 fevral tarixlərində Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə “İrina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

Qərbinfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəmizi gimnastlar Gövhər İbrahimova, Məryəm Əliyeva və Fatimə Əkbərova təmsil ediblər.

10 yaşlı Gövhər bu il çıxış etdiyi ilk beynəlxalq yarışda 3 qızıl medal qazanmağa müvəffəq olub. Belə ki, gimnastımız həm çoxnövçülük, həm gürzlər, həm də halqa ilə çıxışına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib.

Məryəm isə çoxnövçülük, gürzlər və topla nümayiş etdirdiyi hər bir çıxışına görə 6-cı yerdə qərarlaşıb.






Son Xəbər