XƏBƏR, MANŞET-SLAYDER
25-02-2020, 11:51

2019-cu ildə Şəmkirdə avtomobil yollarının tikintisi və təmiri ilə bağlı mühüm işlər görülüb

2019-cu ildə Şəmkirdə avtomobil yollarının tikintisi və təmiri ilə bağlı mühüm işlər görülüb

2019-cu ildə Şəmkir rayonunda avtomobil yollarının tikintisi və təmiri ilə bağlı mühüm işlər görülüb.

Qərbinfo.az xəbər verir ki, ötən il Şəmkir şəhərinin Hüseyn Cavid və M.Ə.Rəsulzadə küçələrinə asfalt beton örtüyü çəkilərək əsaslı təmir işləri aparılıb.

Həmçinin 32,9 km olan Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu yenidən tikilib istifadəyə verilib.

Qeyd edək ki, bu istiqamətdə işlər davam etdirilir. Beləki, 18 km uzunluğunda, əsaslı təmirə başlanılmış Düyərli-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun 2020-ci ildə başa çatması planlaşdırılır.

Tural Əliyev






Son Xəbər