XƏBƏR, SOSİAL
25-02-2020, 11:25

Şəmkirdə fəaliyyət göstərən “Kitab Klubu”nda növbəti görüş baş tutacaq - ELAN

Şəmkirdə fəaliyyət göstərən “Kitab Klubu”nda növbəti görüş baş tutacaq - ELAN

“Kitab Klubu”nda növbəti görüş baş tutacaq.

Qərbinfo.azxəbər verir ki, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən “Kitab Klubu”nda növbəti görüş 26 fevral, saat 15:00-da Şəmkir Gənclər Mərkəzinin kitabxanasında baş tutacaq.

Kitabsevərlər görüşdə Antuan de Sent-Ekzüperi " Balaca şahzadə ” əsərini müzakirə edəcəklər.

Müzakirələrdə iştirak etmək sərbəstdir.

Qeyd edək ki,” Kitab Klubu”nun yaradılmasında məqsəd Azərbaycan gəncliyini mütaliə etməyə həvəsləndirmək, cəmiyyətdə kitaba verilən dəyəri artırmaq və kitab oxuma vərdişini aşılamaqdan ibarətdir.






Son Xəbər