XƏBƏR, SİYASƏT
25-02-2020, 10:59

“Nezavisimaya qazeta” nəşrində Sumqayıt hadisələrindən bəhs edən məqalə dərc olunub

“Nezavisimaya qazeta” nəşrində Sumqayıt hadisələrindən bəhs edən məqalə dərc olunub

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində jurnalist Lev Əsgərovun 1988-ci il Sumqayıt hadisələrindən bəhs edən məqalə dərc edilib.

Qərbinfo.az xəbər verir ki, “Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” sərlövhəli yazıda müəllif arxiv materiallarına əsaslanır. Məqalədə Sumqayıt olayının baş verdiyi ərəfə, bu faciəyə gətirən hadisələr, səbəbkarlar, təqsirkarlar barədə ətraflı söhbət açılır.

Qeyd edək ki, Lev Əsgərov SSRİ Jurnalistlər İttifaqının, SSRİ və Azərbaycan Yazıçılar ittifaqlarının üzvüdür. Sovet hakimiyyəti illərində “İzvestiya” qəzetinin Azərbaycandakı xüsusi müxbiri, “Trud” qəzetinin Azərbaycan və Dağıstandakı xüsusi müxbiri vəzifələrində çalışıb.






Son Xəbər