XƏBƏR, İDMAN
24-02-2020, 22:55

Azərbaycanın gənc atletləri Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın gənc atletləri Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fevralın 25-də Azərbaycanın gənc atletləri Minskdə keçiriləcək 20 yaşadək idmançılar arasında beynəlxalq turnirdə birincilik uğrunda mübarizə aparacaqlar.

Qərbinfo.az xəbər verir ki, “Minsk U20 İnternational Match” turnirində ölkəmizi Aleksey Ələkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m, 1500m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.

Yarışlarda atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi ilə mübarizə aparacaqlar.






Son Xəbər