XƏBƏR, İDMAN
24-02-2020, 18:36

Şəmkir futbolçuları respublika çempionatının Play-off mərhələsində

AFFA-nın təşkil etdiyi Azərbaycan Çempionatının Qərb zona birinciliyinə yekun vurulmuşdur.

Qərbinfo.az bu barədə xəbər verir.

Bu birincilikdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə müxtəlif yaş qruplarında- U-10, U-12, U-13 (2 komanda) komandaları respublika çempionatının play-off mərhələsinə vəsiqə qazanmışdır.

Zona birinciliyində Şəmkir Gİİ UGİM-nin aşağıdakı idmançıları fərqlənmişdir:
U-10 qrupunda ən yaxşı qapıçı -Teymur Aslanov
U-12 qrupunda ən yaxşı hücumçu və oyunçu – Fərid Sadıqov
U-13 qrupunda ən yaxşı yarımmüdafiəçi- Bahadur Əliyev
U-13 qrupunda ən yaxşı qapçı- Dəniz Rəcəbov

Fərqlənən idmançılar diplom və futbol ləvazimatları ilə mükafatlandırılmışdır.

Xatırladaq ki, komandaların məşqçi-müəllimləri Əli Əhmədov, Rövşən Əmiraslanov, Namiq Sarıyev, Nemət Namazov, Anar Rzayev, Şöhrət Nəsibov və Seymur Məmmədovdur.

Yarışlarda qalib gələn idmançılarımızı və məşqçi-müəllim heyətini təbrik edirik, gələcək yarışlarında uğurlar arzulayırıq.

Son Xəbər