XƏBƏR, MANŞET-SLAYDER
24-02-2020, 18:28

Şəmkirdə "BİTMƏYƏN ƏZAB" filmi nümayiş olunub - FOTO

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda “Bitməyən əzab” sənədli filminin təqdimatı keçirilib.

Qərbinfo.az xəbər verir ki, təqdimatdan əvvəl tədbir iştirakçıları Şəmkir şəhərinin mərkəzində yerləşən "20 Yanvar" abidəsini ziyarət ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlanıb.

Sonra Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri çıxış ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın işğalı, xalqımızın məruz qaldığı vandalizm, işgəncə, qətl və soyqırımı faktları, etnik təmizləmə, yandırılmış ərazilərimiz, bu istiqamətdə məlumatların dünya birliyinin diqqətinə çatdırılması, ölkəmizin sülhsevər səylərinə baxmayaraq, Ermənistanın destruktiv mövqeyinin münaqişənin həllinə mane olması barədə ətraflı məlumat veriblər.

Dövlət Komissiyasının arxiv materialları və sənədli faktları əsasında çəkilmiş belə filmlərin daha çox hazırlanmasının, bütün dünyada yayımlanmasının, Azərbaycan həqiqətlərinin təbliğinin əhəmiyyətinə toxunulub. Bu vasitələrlə erməni vəhşiliyi barədə gələcək nəsillərimizi məlumatlandırmağın zəruriliyi qeyd edilib, azərbaycanlıların üzləşdikləri zülm və işgəncələri törədənlərin ədalət qarısında mütləq cavab verməli olacaqları vurğulanıb.

Qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.
Sonra “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüblər.

Son Xəbər