XƏBƏR, İDMAN
24-02-2020, 15:26

Şəmkir idmançıları "Beynəlxalq Turnirə" vəsiqə qazanıb

Şəmkir idmançıları "Beynəlxalq Turnirə" vəsiqə qazanıb

Bakı Sərhədçi Olimpiya İdman Kompleksində Budo idman növü üzrə Açıq Azərbaycan Çempionatı keçirilib.

Bu çempionatda Şəmkir rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Şəmkir "Scorpion Brazilian Jiu Jitsu " komandası 8 idmançı ilə iştirak etmişdir.

Gənclər arasında keçirilən yarışda Şəmkir komandası 4 qızıl, 3 gümüş və1 bürünc olmaqla ümumilikdə 8 medal qazanmışdır.

Qalib gələn idmançılarımız aşağıdakılardır:
67 kq- Vahidli İslam 1-ci yer
75 kq -Qurbanov Sahbaz 1-ci yer
65 kq -Məmmədov Elmir 1-ci yer
52 kq -Babayev Kənan 1-ci yer
55 kq- Alırzayev Əmirxan 2 ci yer
65 kq- Hacıyev Saleh 2-ci yer
35 kq -Rüstəmli Ayxan 2-ci yer
55 kq -Bağırlı İlqar 3-cü yer

Qeyd edirik ki, bu komandamız 20-21 iyun 2020-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskova şəhərində keçiriləcək "GRAND SLAM" MOSCOW yarışında iştirak etmək üçün idmançılarımız vəsiqə qazanmışdır.

Bu yarışda qalib gələn idmançılarımızı və məşqçi-müəllim Anar Cavadbəylini təbrik edirik, gələcək yarışlarında uğurlar arzulayırıq.

Şəmkir idmançıları "Beynəlxalq Turnirə" vəsiqə qazanıb
Şəmkir idmançıları "Beynəlxalq Turnirə" vəsiqə qazanıb
Şəmkir idmançıları "Beynəlxalq Turnirə" vəsiqə qazanıb






Son Xəbər