XƏBƏR, İDMAN
15-02-2020, 11:22

Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 21-23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Qərbinfo.az-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatda şəhər və rayonlarda fəaliyyət göstərən idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq Gənclər İdman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti mübarizə aparacaq.

Azərbaycan çempionatının təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.






Son Xəbər