XƏBƏR, DÜNYA
15-02-2020, 09:29

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatdıÇində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1523 nəfərə çatdı.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir.

Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 66400 nəfər, xəstəlikdən sağalanların sayı isə 8096 nəfər təşkil edib.

Daha əvvəl 1380 nəfərin öldüyü, 63800 nəfərin virusa yoluxduğu bildirilirdi. Yenilənmiş məlumatlara görə, ölkə üzrə koronavirusdan rəsmi ölüm nisbəti 2,29 faizdir.

Xatırladaq ki, Çinin Hubey əyalətində yeni növ koronavirusdan 1457 nəfər ölüb, yoluxanların ümumi sayı 54400 nəfəri keçib.






Son Xəbər