XƏBƏR, İQTİSADİYYAT
14-02-2020, 11:58

Azərbaycan nefti bahalaşır

[
Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 60,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Bu barədə Qərbinfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.






Son Xəbər