XƏBƏR, DÜNYA
14-02-2020, 09:23

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatıb

Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb.

Qərbinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.

Daha əvvəl 1488 nəfərin öldüyü, 63918 nəfərin virusa yoluxduğu, 6982 nəfərin isə sağaldığı bildirilirdi. Hubey əyalətindən daxil olan məlumatların səhvən iki dəfə hesablanmasından sonra təqdim edilən məlumatlarda düzəliş edilib.

XXX

06:01

Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1488 nəfərə çatıb.

Qərbinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63918 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6982 nəfər təşkil edib.

Xatırladaq ki, Çinin Hubey əyalətində ötın sutka ərzində yeni növ koronavirusdan 116 nəfər ölüb, 4823 nəfər isə yeni növ koronavirusa yoluxub və yoluxanların ümumi sayı 51986 nəfər çatıb.

Həmçinin gün ərzində 690 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.






Son Xəbər