XƏBƏR, İQTİSADİYYAT
13-02-2020, 15:47

Şəmkirdə Uşaq Bərpa Mərkəzinin yeni binasının təməli qoyulub - FOTO

Şəmkirdə Uşaq Bərpa Mərkəzinin yeni binasının təməli qoyulub - FOTO

Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Qərbinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılıb.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov Uşaq Bərpa Mərkəzinin tikintisində aparılan işlərlə tanış olmaq üçün həmin ərazidə olub.

İş icraçısı bildirib ki, Uşaq Bərpa Mərkəzi 26 çarpayılıq olmaqla ümümilikdə 8200 kv metr ərazini əhatə edəcək. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir reabilitasiya xidmətləri və bərpa-müalicə prosedurları həyata keçiriləcək. Mərkəzin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

İl ərzində həmin mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Qeyd edək ki, yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.

Son Xəbər