XƏBƏR, SOSİAL
13-02-2020, 22:29

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

Təhsil Nazirliyindən Qərbinfo.az-a bildiriblər ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı yerdəyişmə ilə əlaqəli sorğuların qəbulu müvəqqəti dayandırılmışdı.






Son Xəbər