XƏBƏR, MANŞET-SLAYDER
13-02-2020, 15:03

Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir

Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir

Artıq ənənə halını almış, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilməsi haqqında Sərəncamında Şəmkir rayonundan olan İbrahimov Kənan Qabil oğlunun və Quliyeva Mətanət Elşən qızının adlarının olması Şəmkir gəncliyinə “Könüllülər ilində” ən böyük hədiyyəsi oldu.

Ölkə rəhbəri bir daha Azərbaycan Gəncliyinə açıq mesaj verdi ki, paytaxdan 400 km məsafədə yerləşən Şəmkir rayonunda Gənclər Siyasətinin hansı səviyyədə həyata keçirilməsindən müfəssəl məlumatlıdır və hər bir gəncin zəhmətini, dövlətə bağlılığını görür və yüksək səviyyədə qiymətləndirir.

Bəs İBRAHİMOV KƏNAN QABİL OĞLU hansı xidmətlərinə görə Gənclər üçün Ali mükafata layiq görüldü ?

Kənan İbrahimovun Şəmkir rayonuna gəlişi Təhsil Nazirliyi xətti ilə baş tutmuşdu. Belə ki, Nazirlik yanında İctimaiyyətlə əlaqələr sektoru böyük rayonlara öz nümayəndələrini göndərirdi. Kənan müəllimin fəaliyyəti dərhal nəzərə çarpdı. Belə ki, özünü nazirliyin nümayəndəsi kimi yox, məhz işinin peşakarı olması kimi təqdim etdi. Məktəblərə gedir, istedadlı gənclərlə görüşür, istedadlı müəllimlər haqqında geniş videosüjetlər hazırlayırdı. Yerlərdə olan bəzi nöqsaqları qeyd edir, aidiyyatı üzrə həll olunması üçün yuxarı instansiya qarşısında məsələlər qaldırırdı.
Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir
Bütün bu işlər rayon rəhbərliyinin diqqətini cəlb etməyə bilməzdi. Çünki bu gün Şəmkirdə hər bir istedadlı gəncə dərhal nəzər yetirilir. Bu işlərin nəticəsində Kənan İbrahimov ilk dəfə Şəmkir rayonunda fəaliyyətə başlamış Gənc Müəllimlər Birliyinin sədri seçildi. Bu status isə yenidən işlərə daha ciddi yanaşmasına, geniş gənc müəllim ordusu ilə işləməsinə zəmin yaratdı. Artıq Kənan İbrahimov Şəmkir rayonunda ilk dəfə təsis edilmiş və özündə Gənc Müəllimlər, Gənc Həkimlər, Gənc Tərbiyəçilər, Gənclərin Mədəni İnkişaf Birliyini birləşdirən və hələlik yeganə gənclər birliyi olan “BÖYÜK YOL” Gənclərin İctimai Birliyinin sədri vəzifəsinin ağırlığını daşımağa tam layiq idi və hazır idi. “BÖYÜK YOL” Gənclərin İctimai Birliyinin tarixində hələ uzun illər səmərəli dövr kimi qalacaq bir müddət məhz Kənan İbrahimovun əməyinin nəticəsi idi.

Şəmkir rayonunda aparılan uğurlu dövlət gənclər siyasətinin nəticəsi idi ki, 2019-cu ildən etibarən, ölkədə pilot layihə kimi icrasına başlanılan Gənclər Fondu nəzdində yaradılmış və uğurla fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk nümayəndəliyi məhz Şəmkir rayonunda, Gənclər Mərkəzində fəaliyyətə başladı. Kənan İbrahimov Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktoru kimi istər özünün həyatında, istər isə Şəmkir rayonunun gənclər siyasətinin həyatında yeni bir səhifə açdı.
Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir
Kənan İbrahimovun fəaliyyəti haqqında yazmaqla bitməz : Kitab Klubu, ucqar kəndlərə səyahət, şəhid ailələrini ziyarət, Könüllülərdə daimi təmas və təlimlər, ekoloji layihələr, əyləncəli proqramlar,partilər, tədbirlər, əlamətdar tarixlərin keçirilməsi, rayon əhəmiyyətli tədbirlərin təşkili, işlək və çevik gənclər komandasının yaradılması və çoxlu-çoxlu faydalı layihələrin rəhbəri olmaqdadır.

2017-ci il hər il olduğu kimi Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqədə Kənan İbrahimov “İLİN GƏNCİ” adına layiq görüldü. Həmin il xatirimdədi bu ad uğrunda çox amansız mübarizə gedirdi. Lakin Şəmkir gəncləri Şəmkir üçün xoş niyyətlə, saf məqsədlə xidmət edən və etdiyi xidmətlərini sübuta yetirmiş Kənan İbrahimovu birmənalı olaraq dəstəklədi və böyük səs çoxluğu ilə bu fəxri ada layiq bildi.
Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir
Kənan İbrahimovla demək olar bütün işlərdə birlikdə çalışmışıq. Əminliklə deyə bilərəm ki, onun istər intellektual səviyyəsi, elmi biliyi, işgüzarlığı, talantı, daim öz üzərində çalışaraq, yeniliyə meyilliyi bu gün onu daha böyük zirvələrə doğru aparmaqdadır.
Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir
Və bütün bu işlərin nəticəsidir ki, Kənan ibrahimov Cənab Prezindetin sərəncamı ilə ən ali mükafata layiq bilindi. Burada xüsusi məqama toxunmaq istəyirəm ki, baxın, Şəmkir üçün xidmət etmək və yaxşı xidmət üçün şəmkirli olmağa ehtiyac yoxdu. Şəmkiri sevmək, insanlarına hörmət etmək, gəncləri, yəni gələcəyi düşünmək daha faydalı olurmuş.
Emin İsmayılov: Prezident mükafatı Şəmkir gəncliyi üçün ən doğru istiqamətdir

Əziz dostum, Sizi ürəkdən təbrik edirəm, həyatda ən xoş günlər arzu edirəm, daim dövlətimizə, millətimizə nümunəvi gənc olmağınızı arzu edirəm.

Emin İsmayılov
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi,
YAP Şəmkir rayon Gənclər Birliyinin sədri.






Son Xəbər