XƏBƏR, İQTİSADİYYAT
13-02-2020, 11:23

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 60,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Bu barədə Qərbinfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,91 dollar/barel çoxdur.






Son Xəbər