XƏBƏR, MANŞET-SLAYDER
13-02-2020, 10:42

Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür

Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür

Artıq ənənə halını almış, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilməsi haqqında Sərəncamında Şəmkir rayonundan olan İbrahimov Kənan Qabil oğlunun və Quliyeva Mətanət Elşən qızının adlarının olması Şəmkir gəncliyinə “Könüllülər ilində” ən böyük hədiyyəsi oldu.

Ölkə rəhbəri bir daha Azərbaycan Gəncliyinə açıq mesaj verdi ki, paytaxdan 400 km məsafədə yerləşən Şəmkir rayonunda Gənclər Siyasətinin hansı səviyyədə həyata keçirilməsindən müfəssəl məlumatlıdır və hər bir gəncin zəhmətini, dövlətə bağlılığını görür və yüksək səviyyədə qiymətləndirir.
BƏS QULİYEVA MƏTANƏT ELŞƏN QIZI hansı xidmətlərinə görə Gənclər üçün Ali mükafata layiq görüldü ?
Mətanət xanımı hamımız Mətanət Qüdsi kimi tanıyır. Kifayət qədər aktiv sosial şəbəkə istifadəçisi olan Mətanət Qüdsi Şəmkirin, sonralardan isə Azərbaycanın ictimai həyatına şeirləri ilə gəldi. İlk dəfə 2015-ci ilin avqust ayının 8-də Şəmkir Heydər Əliyev Mərkəzində "Kəpənəyin saldığı yol" şeirlər kitabının təqdimatı keçirildi. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu və bir çox mötəbər qonaqlar iştirak edirdi.
Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür
Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür Bu tədbirdən sonra Mətanət Qüdsinin həyatında sürətli sıçrayış başladı. Artıq Mətanəti hər yerdə görmək mümkün idi. Təhsil, mədəniyyət, idman, ictimai işlər, maarifləndirici tədbirlər... Bir sözlə bir gənc mümkün ola biləcək nə işi görə bilərsə Mətanət Qüdsi hər birini etməyə başladı. Bəlkə də oxucularımız indi gözləyir ki, Mətanət Qüdsinin fiziki imkanlarının məhdud olması ilə bağlı bir söz yazım. ƏSLA ELƏ DEYİL. Mətanət Qüdsinin heç bir, nə fiziki, nə mənəvi məhdudiyyəti yoxdur. Mətanət bir çox sərbəst hərəkət edə bilən insanlardan daha fəaldır, daha sağlamdır, daha gümrahdır. Mətanət Qüdsi böyük auditoriyalar qarşısında belə demişdir: “ ƏNGƏL İNSAN BEYNİNDƏ OLMAMALIDIR”. Məhz Mətanət Qüdsi beynində əngəli olmayan gəncdir. 2018-ci ilin noyabr ayında Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu keçirildi. Forumda Mətanət Qüdsinin möhtəşəm çıxışı zalda oturan 1500-dən çox gəncin gürultulu alqışları ilə qarşılanır və hər kəsin yaddaşına həkk olunur: “YAŞADIĞINIZ HƏR GÜNÜNÜN QƏDRİNİ BİLİN VƏ DAİM MÜBARİZ OLUN”.
Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür

2018-ci il Mətanət Qüdsi üçün daha bir əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, hər il olduğu kimi Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqədə Mətanət “İLİN GƏNCİ” adına layiq görüldü. Bu mükafat isə öznövbəsində Şəmkir gəncliyinin Mətanət Qüdsinin ətrafında sıx birləşməsinin və daim onun bütün işlərində dəstək olmasının bariz nümunəsi idi.
Prezident mükafatı Şəmkir gəncliyinə verilən ali qiymətin təcəssümüdür

Əziz bacım, Sizi ürəkdən təbrik edirəm, həyatda ən xoş günlər arzu edirəm, daim dövlətimizə, millətimizə nümunəvi gənc olmağınızı arzu edirəm.

Emin İsmayılov
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi,
YAP Şəmkir rayon Gənclər Birliyinin sədri.






Son Xəbər