XƏBƏR, İQTİSADİYYAT
12-02-2020, 18:50

Azərbaycanda 4 yeni kartof sortu bazarda satışdadır

Azərbaycanda 4 yeni kartof sortu bazarda satışdadırAzərbaycan elmi-tədqiqat institutlarının yaratdığı yeni sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabət qabiliyyətlidir.

Qərbinfo.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik-Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

Onun sözlərinə görə, artıq 4 yeni, yerli kartof toxumu bazarlarda satılır.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda həm faraş kartofla, həm də təzə kartofla bağlı təhqiqat işləri aparılır:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın kartofa olan illik tələbatı 1 milyon tondur.






Son Xəbər