XƏBƏR, SOSİAL
12-02-2020, 18:25

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Qərbinfo.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi "BMW" markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən 1 ədəd tapança, güllə ilə dolu daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, saxlanılan T.Əhmədov sabiq deputat, əvvəllər məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın oğludur.

Qeyd edək ki, Gülər Əhmədovanın oğlunun saxlanılması ilə bağlı ilk xəbəri "Baku.ws" saytı yayıb.






Son Xəbər