XƏBƏR, SOSİAL
12-02-2020, 16:54

Qarlı yolda qalan 5 nəfər xilas edildi - ŞƏMKİR

Qarlı yolda qalan 5 nəfər xilas edildi - ŞƏMKİR

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qərbinfo.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

Qarlı yolda qalan 5 nəfər xilas edildi - ŞƏMKİR
Qarlı yolda qalan 5 nəfər xilas edildi - ŞƏMKİR






Son Xəbər