XƏBƏR, SOSİAL, VİDEO
11-02-2020, 22:57

Prezident İlham Əliyev bir qrup fəal gənci mükafatlandırıb - Mükafatlandırılan gənclər arasında şəmkirli gənclər də var

Prezident İlham Əliyev bir qrup fəal gənci mükafatlandırıb - Mükafatlandırılan gənclər arasında şəmkirli gənclər də var
Bu gün Şəmkir rayonununda gənclər siyasəti uğurla həyata keçirilir, gənclərə qabiliyətlərinin göstərmək üçün geniş imkanlar yaradılır. Bunun nəticəsidir ki, rayon gəncləri öz fəaliyyətləri ilə diqqət çəkməyi bacarırlar.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup fəal gənci mükafatlandırıb.

Qeyd edək ki, mükafatlandırılan gənclər sırasında Şəmkir Gənclərinin İnkişaf və Karyra Mərkəzinin direktoru, 2017-ci ildə Şəmkir rayonunda "İlin Gənci" seçilmiş Kənan İbrahimov və gənc şairə, 2018-ci ildə "İlin Gənci" seçilmiş Mətanət Qüdsi (Quliyeva Mətanət Elşən qızı) də var.
Mükafat alan gənclərin siyahısı:

İbrahimov Kənan Qabil oğlu

Quliyeva Mətanət Elşən qızı

Ağayev Ziya Səbuhi oğlu

Ağazadə Murad Firdovsi oğlu

Əsgərzadə Elmar Etibar oğlu

Hacıyeva Sərvinaz Faiq qızı

Hüseynli Məhərrəm Rüfət oğlu

Kazımzadə Günay Tofiq qızı

Məmmədov Faiq Rəşad oğlu

Rüstəmov Sabir Elşad oğlu.






Son Xəbər