XƏBƏR, MANŞET-SLAYDER
11-02-2020, 22:38

İcra başçısı yanğından zərər çəkmiş ailənin ehtiyaclarının ödənilməsi ilə bağlı tapşırıq verib - ŞƏMKİR

İcra başçısı yanğından zərər çəkmiş ailənin ehtiyaclarının ödənilməsi ilə bağlı tapşırıq verib

Bu gün, gecə saatlarında Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Elektrik naqillərindəki qısaqanma nəticəsində baş verən hadisə zamanı Əhmədova Mahı Bayraməli qızı vəfat etmiş, Əhmədov Zöhrab Rüstəm oğlu və 2011-ci il təvəllüdlü, Əhmədov Rüstəm Zöhrab oğlu ağır bədən xəsarətləri alaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, xəstənin vəziyyəti normaldır.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Qüdrət Əliyev və RİH-in əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı ucqar dağ kəndində yaşayan həmin zərər çəkmiş ailənin ehtiyaclarının ödənilməsi ilə bağlı tapşırıq verib.

Son Xəbər