XƏBƏR, MARAQLI
8-02-2020, 09:56

Parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq

Parlament seçkilərində 1314 namizəd mübarizə aparacaqMilli Məclisə seçkilərdə iştirak etmək üçün 1637 namizəd qeydə alınıb.

Qərbinfo.az xəbər verir ki, onlardan 321-i namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir. Həmçinin, Mərkəzi Seçki Komissiyası (MSK) 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.






Son Xəbər