XƏBƏR, İDMAN
5-02-2020, 21:22

“Xocalı” futbol klubunda yeni təyinat gerçəkləşib

“Xocalı” futbol klubunda yeni təyinat gerçəkləşib

“Xocalı” futbol klubunda yeni təyinat gerçəkləşib.

Qərbinfo.az kluba istinadla xəbər verir ki, Seyran Əbilov Bakıxanov qəsəbəsindəki məşq qrupuna məşqçi təyin edilib.

“İnter” , “Olimpik” , “Neftçi” , MOİK , AZAL klublarının aşağı yaş qrupları üzrə komandalarında çıxış edən S.Əbilov Azərbaycan millisinin U-17 və U-19 komandalarının da şərəfini qoruyub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Ukrayna Fitnes Akademiyasını bitirən C kateqoriyalı 29 yaşlı məşqçi sonuncu dəfə “Sabah-2” komandasında köməkçi məşqçi vəzifəsində çalışıb.






Son Xəbər