XƏBƏR, İDMAN
4-02-2020, 15:57

Azərbaycan polo üzrə Avropa Çempionatına ev sahibliyi edəcək

Azərbaycan  polo üzrə Avropa Çempionatına ev sahibliyi edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atçılıq idmanının inkişafına ali diqqət və qayğısı sayəsində son illər ərzində qədim tarixə malik atçılıq mədəniyyətimizin dünya miqyasında təbliğ edilməsi sahəsində önəmli nəticələr əldə olunmuş və atçılıq idman növü üzrə idmançılarımız beynəlxalq səviyyədə böyük nüfuz qazanmışlar.

Azərbaycan Atçılıq Federasiyasından Qərbinfo.az-a bildirilib ki, təkcə 2018-ci ilin sentyabr ayında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında milli yığmamızın bütün rəqiblərini geridə qoyaraq yalnız final mərhələsində İtaliya yığmasına məğlub olmaqla turnirin gümüş medallarını qazanması bütün atçılıq idmanı mütəxəssisləri tərəfindən çox böyük nailiyyət kimi qiymətləndirilmişdir.

3 il əvvəl Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakı şəhərində, Azərbaycanda keçirilməsi qərarının verilməsi də bu idman növündə Azərbaycanın qazandığı böyük nüfuzun daha bir ifadəsi olmuşdur.

10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində təşkil olunacaq növbəti - 13-cü Polo üzrə Avropa Çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq məlum olmuşlar. Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempioanat-da 8 ən yaxşı komanda iştirak edəcəkdir. Çempionata ev sahibliyi edəcək Azərbaycan və hazırki Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ əldə ediblər. Digər komandalar isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Hollandiya və Avstriya olacaqlar. Önəmlidir ki, bu milli yığmalar Avropanın ən titullu komandalarıdır. Onlardan İngiltərə 6 qat Avropa çempionu, Fransa və İtaliya 2 qat Avropa çempionlarıdır. İspaniya və İrlandiya yığmaları isə 1 dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ bilmişlər.

Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçi-riləcək Avropa Çempionatında iştirak edəcək milli komandanın tərkibi də müəyyən edilmişdir. Heyət Argentinada keçirilən çem-pionat qabağı ilk təlim-məşq toplanışından yanvar ayında geri qayıtmışdır. Növbəti təlim-məşq toplanışı yenidən Argentinada mart ayından etibarən 90 günlük təşkil olunacaqdır.

13-cü Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkə-zinin ərazisində hazırda ümumi sahəsi 7 hektardan artıq olan, təxminən 8 tam ölçülü futbol meydançası böyüklüyündə meydançanın inşasına başlanılmışdır və işlər sürətlə davam etdirilir.






Son Xəbər