XƏBƏR, DÜNYA
27-01-2020, 18:57

Türkiyə yenə silkələndi: Bu dəfə Ankara

Türkiyə yenə silkələndi: Bu dəfə AnkaraTürkiyənin Ankara şəhərində zəlzələ olub.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinliktə baş verdiyi təsbit edilib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.






Son Xəbər