XƏBƏR, İDMAN
24-01-2020, 19:54

Azərbaycan qılıncoynadanı "Qran-Pri"də yarışır

Azərbaycan qılıncoynadanı "Qran-Pri"də yarışır

Yanvarın 24-də Qətərdə Azərbaycan qılıncoynadanının da iştirak etdiyi Qran-Pri yarışına start verilib.

Qərbinfo.az-ın məlumatına görə, turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edir. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayır.

Qeyd edək ki, Qran-Pri turnirində 48 ölkədən 219 idmançı birincilik uğrunda mübarizə aparır. Yarışa yanvarın 26-da yekun vurulacaq.






Son Xəbər