XƏBƏR, İDMAN
23-01-2020, 16:58

"Coca-Cola Məktəbli Kuboku"nun Şəmkir Birinciliyi keçirilib

Şəmkir Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Coca-Cola" Şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçlığı ilə Şəmkir Rayon İcra hakimiyyətinin dəstəyi ilə "Coca-Cola Məktəbli Kuboku" futbol yarışının Şəmkir Rayon Birinciyi keçirilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmaylov, Şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski çıxış edərək bildiriblər ki, 2011-ci ildən həyata keçirilən “Coca-Cola Məktəbli Kuboku” məktəblilər üçün təşkil olunmuş ən böyük futbol turniridir.

Natiqlər qeyd edib ki, “Coca-Cola Məktəbli Kuboku”na hər il on minlərlə məktəbli qatılır. Şagirdlər futbol həyacanı yaşayır, yeni dostlar əldə edir, dünya görüşlərini artırırlar.

Bütün bunlar uşaq futbolunun inkişafına müsbət təsir göstərir, şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzinin təbliği istiqamətində də vacib layihədir

Turnirdə iştirak edən valideyinlər də təşkilatçılara təşəkkürlərini bildiriblər.

Şəmkir Rayon Birinciliyində 10 komanda iştirak edib. Qalib komandalardan Zəyəm qəsəbə 2 saylı orta məktəb və Qədim Qala kənd tam orta məktəbin komandaları Gəncə-Qazax zonası üzrə Şəmkir rayonunu təmsil etmək hüququ qazanıblar.

Qeyd edək ki, yarışlarda Şəmkir rayon Gənclər və İdman İdarəsinin UGİM-nin məşqçi müəllimləri seleksiya ilə məşğul olaraq, qabiliyyətli idmançıları müəyyən edirlər.

Son Xəbər