XƏBƏR, İDMAN
23-01-2020, 11:56

Futzal millimiz Özbəkistanı məğlub etdi

Futzal millimiz Özbəkistanı məğlub etdi

Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Qərbinfo.az xəbər verir ki, Bakı İdman Sarayında Özbəkistan yığması ilə üz-üzə gələn komandamız 4:3 hesablı qələbə qazanıb.

Millinin heyətində Oliveira Da Nascimento “Vassora”, Tiago Telles Martins “Bolinha”, Eduardo Borges və İsa Atayev fərqlənib.

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.






Son Xəbər