XƏBƏR, MARAQLI
22-01-2020, 15:55

Azərbaycanda yeni yonca növü aşkarlandı

Azərbaycanda yeni yonca növü aşkarlandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu Qafqaz üçün yeni üçyarpaq yonca növü (Trifolium patens Schreb. – əyilən üçyarpaq yonca) aşkar edib.

Bu barədə Qərbinfo.az-a AMEA Biologiya və Tibb Elmləri Bölməsindən məlumat verilib.

Bölmədən bildirilib ki, Qafqazda ilk dəfə olaraq, Azərbaycanda aşkarlanan yeni yonca qiymətli yem və dərman bitkisidir.

Yeni üçyarpaq yonca növü Azərbaycanın Lerik, Lənkəran rayonlarında, Qazax-Ağstafa zonasında Eldar şamı Dövlət Təbiət Qoruğunun ərazisində yayılıb.






Son Xəbər